• Bakı 13° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Tovuzda itkin düşən məktəbli qız sonuncu dəfə bu şəhərdə görülüb

CƏMİYYƏT

03 Aprel 2025 | 20:37 | Müəllif: Subhan Mahmudov

Tovuzda itkin düşən məktəbli qız sonuncu dəfə bu şəhərdə görülüb

Tovuzda itkin düşən məktəbli qızı sonuncu dəfə Gəncədə görüblər.

Bakıvaxtı.az-ın "Unikal"a istinadənməlumatına görə, itkin düşən 2012-ci il təvəllüdlü A.Süleymanova Gəncədə yerləşən xəstəxanalarının birinin qarşısında avtobusdan düşüb. Məktəblini xəstəxananın xadiməçilərindən biri xəstəxananın qarşısında alma yeyən zaman görüb.

Qeyd edək ki, Bozalqanlı kənd sakini 2012-ci il təvəllüdlü A.Süleymanova ötən gün saat 18 radələrində oxuduğu Bozalqanlı kənd tam orta məktəbindən çıxaraq itkin düşüb. Məlumata görə, A.Süleymanova Bozalqanlı kənd tam orta məktəbinin şagirdidir.

DİN Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov "Unikal"ın sorğusuna cavab olaraq bildirib ki, hazırda şəxsin yerinin müəyyən edilməsi istiqamətində Tovuz RPŞ-nin əməkdaşları tərəfindən axtarışlar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026