• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Toyda 68 nəfər cərimə olunub - RƏSMİ

CƏMİYYƏT

10 Noyabr 2021 | 10:19

Toyda 68 nəfər cərimə olunub - RƏSMİ

“6-9 noyabr tarixlərində Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 341 toy şənliyinin monitorinqini həyata keçirib”.

Bakıvaxtı.az xəbər verir ki, bunu DİN-nin mətbuat katibi Elşad Hacıyev bildirib.

O, bildirib ki, monitorinq 283 şadlıq sarayında, 58 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib:

“Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 68 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

- 1174 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb”.

Nuranə Daxilqızı

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026