• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Toyuğun çəkisini artırmaq üçün, görün nələr edirlər...

CƏMİYYƏT

20 Aprel 2023 | 15:20 | Müəllif: Qalib İbrahimoğlu

Toyuğun çəkisini artırmaq üçün, görün nələr edirlər...

“Çəkini artırmaq üçün “Mərcan” toyuğunun içindən özü boyda buz çıxır, o toyuqlardan almağınız məsləhət deyil”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Facebook”da "Müştərinin səsi" qurupunda Ləman Əhmədova adlı sosial şəbəkə istfadəçisi paylaşım edib. Sözügedən paylaşımı olduğu kimi təqdim edirik:

“Şikayətim “Mərcan” toyuqlarındandı. Toyuğun paketindən az qala özü boyda buz parçası çıxır, çəkini artırmaq üçün. Buz parçası paketin içindən çıxıb, yəni aldığım mağazalıq da deyil, sırf “Mərcan” şirkəti ilə bağlıdır. Paylaşdım ki, hər kəsin xəbəri olsun”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bakıvaxtı.az-a bildirib ki, bəzi qurumlar dövlət orqanlarının apardığı siyasətə məhəl qoymurlar və nəticədə bu kimi hallar baş verir. Onun sözlərinə görə, sənaye üsulu ilə istehsal olunmuş toyuqlarla problem illər boyu mövcuddur: “Hələ bir neçə il öncə biz Ukraynadan idxal olunan həddən ziyadə halal sertifikat yazılmış toyuqların cəmdəyində 25%-ə qədər naməlum maye olduğunu müəyyən etdik. Əhaliyə məlumat verdik, həmin toyuqların bazardan çıxarılmasına biz nail olduq. Təəssüf olsun ki, vaxtaşırı belə məsələlər gündəmə gəlir. Çox yaxşı haldır ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi epizodik olaraq keyfiyyət məsələlərinə də nəzarət edir. Qısa təhlükəsizliyi əsasən məlum təhlükəsizliyi təmin edir. Keyfiyyət məsələsi bu kimi hallarla bağlıdır”. Müsahibimiz bildirib ki, broyler fabriklərində çəki artırmaq üçün bu kimi işlər görürlər: “Bu, istehlakçıların hüquqlarının pozulmasıdır”,

E.Hüseynov bu hallarla qarşılaşanları 1003 qaynar telefon xətti ilə məlumat vermələrini tövsiyə edib.

Məsələylə bağlı Bakıvaxtı.az-ın sorğusunu cavablandıran Toyuqların içindən nələr çıxır Bakıvaxtı.az-a daxil olan məlumata görə, satışda olan toyuq paketindən çəkini artırmaq üçün az qala özü boyda buz parçası çıxır. “Mərcan” istehsalçısı Azerbaijan Poultry Company-nin Marketinq şöbəsinin rəhbəri Günay Əkbər qeyd edib ki, yazılanlar həqiqətəuyğun deyil:

“Belə ki, şəkildə göstərilən məhsul qırmızı paket soyudulmuş “Mərcan” toyuğudur. Soyudulmuş məhsulun içərisində buz olma ehtimalı sıfıra bərabərdir”.

Günay Əkbər əlavə edib ki, “Mərcan” toyuqları su ilə əlaqədə olmadan hava ilə soyudulur və ya dondurulur. Onun sözlərinə görə, bu da onu göstərir ki, “Mərcan” məhsulunun içərisində su və ya buz ola bilməz.

““Mərcan" məhsulları ilə əlaqədar sualı olan hər kəs qaynar xəttimizə və ya sosial media hesablarımıza müraciət edə bilərlər”, - deyə Günay Əgbər qeyd edib.

Xəyalə Rza


Toyuğun çəkisini artırmaq üçün, görün nələr edirlər...
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026