• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Tramp 34 fakt üzrə günahkar bilinib - ABŞ tarixində ilk

DÜNYA

31 May 2024 | 14:45 | Müəllif: Gülşən Şərif

Tramp 34 fakt üzrə günahkar bilinib - ABŞ tarixində ilk

Donald Tramp ABŞ tarixində cinayətdə mühakimə olunan ilk eks-prezident olub.

Bakıvaxt.az "Euronews"a istinadən xəbər verir ki, bununla bağlı Nyu-Yorkda münsiflər heyəti qərar qəbul edib.

Qərara əsasən, Tramp 2016-cı ildə prezident seçkilərindən əvvəl porno-ulduz Stormi Danielsə 130 000 dollar pul ödəməsini gizlətmək üçün biznes qeydlərini saxtalaşdıran 34 fakt üzrə günahkar bilinib.

Hakim Xuan Merçan bəraət hökmü ilə bağlı vəsatəti təmin etməyib və hökmü iyulun 11-nə təyin edib.

Tramp apellyasiya şikayəti verməkdən imtina edərək, məhkəmənin qərarının saxta və rüsvayçı olduğunu bildirib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026