• Bakı C

    13.21 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.2222

Tramp daha bir namizədini açıqladı

DÜNYA

23 Noyabr 2024 | 19:07

Tramp daha bir namizədini açıqladı

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Federal Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) rəhbəri vəzifəsinə həkim və ABŞ Nümayəndələr Palatasının keçmiş üzvü Deyv Ueldonun namizədliyini irəli sürüb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Tramp jurnalistlərə açıqlamasında deyib.

"Keçmiş konqresmen Deyv Ueldonun CDC-nin direktoru vəzifəsinə namizəd göstərildiyini elan etməkdən məmnunam. Deyv Amerika ailə dəyərlərini başa düşür və inanıram ki, Deyv  şəffaflıq, bacarıq və yüksək standartlara diqqət yetirəcək", - deyə Tramp qeyd edib. 


SON XƏBƏRLƏR