• Bakı 23° C

    2.69 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.3231

Tramp İrana nüvə zərbəsi endirmək istəyirmiş - Herş

DÜNYA

11 Iyun 2026 | 00:25

Tramp İrana nüvə zərbəsi endirmək istəyirmiş - Herş

ABŞ Prezidenti Donald Tramp bu yaxınlarda tabeliyində olanlardan İrana qarşı nüvə silahından istifadənin mümkünlüyü barədə soruşub. 

Bakıvaxtı.az xəbər verir ki, bu iddianı amerikalı jurnalist Seymur Herş irəli sürüb.

Herşin sözlərinə görə, Amerika liderinin nüvə silahlarından bəhs etdiyi söhbət bu həftə baş tutub və orada ABŞ administrasiyasının yüksək vəzifəli rəsmiləri iştirak edib.

Belə ki, Amerika lideri İrana məxsus yeraltı raket istehsalı müəssisələrinin bəzilərini məhv etmək üçün nüvə silahından istifadənin mümkünlüyü barədə soruşub.

Hətta Tramp İran hakimiyyətini Vaşinqtonun belə bir eskalasiya ehtimalını "son dərəcə ciddi" nəzərdən keçirdiyi barədə xəbərdar etmək ideyasını irəli sürüb.

Herşin sözlərinə görə, Ağ Ev rəhbərinin bu yöndə söhbəti administrasiya üzvlərini şoka salıb və Tramp nüvə silahları ilə bağlı hər hansı bir eskalasiyanı müzakirə etməkdən çəkindirilib./Axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Iyun 2026