• Bakı 10° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Trendyol” əməkdaşları etiraz aksiyası keçirdi - VİDEO

DÜNYA

25 Yanvar 2022 | 20:04 | Müəllif: Subhan Mahmudov

“Trendyol” əməkdaşları etiraz aksiyası keçirdi - VİDEO

Türkiyənin ən böyük alış-veriş saytı hesab olunan "Trendyol"un çatdırılma xidməti "Trendyol Express"in əməkdaşları etiraz aksiyası keçirib.

Bakıvaxtı.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, şirkətin əməkdaşları aşağı maaş artımı səbəbindən aksiya keçirməyə qərar verib.

İki günlük tətil elan edən işçilər ölkədə qeyri-sabit hava şəraitinə baxmayaraq, "Trendyol"un baş ofisinin önündə toplaşıblar.

Bildirilir ki, "Trendyol" "Trendyol Ekspres" işçilərinin maaşlarını cəmi 11 faiz artırıb. İşçilərin aksiyası sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.

Şirkət isə məsələ ilə bağlı hələ ki açıqlama verməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026