• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

TRT-nin baş direktoruna yüksək etimad

MEDİA

06 Noyabr 2023 | 13:06

TRT-nin baş direktoruna yüksək etimad

65 ölkədən 246 üzvü olan və təxminən 3,5 milyard tamaşaçıya çatan dünyanın ən böyük yayım birliyi olan Asiya-Sakit Okean Yayım Birliyinin (ABU) 60-cı Baş Assambleyası 31 oktyabr-1 noyabr tarixlərində Seulda keçirilib.

Bakıvaxtı.az "Yeni Balkan"a istinadla xəbər verir ki, yığıncaqda keçirilən rəhbər seçkilərində TRT-nin baş direktoru Mehmet Zahid Sobacı ABU prezidenti seçilib: “1 noyabr 2026-cı il tarixinədək 3 il müddətində ABU prezidenti vəzifəsini davam etdirəcək TRT baş direktoru Mehmet Zahid Sobacı ABU-nun baş katibi Əhməd Nadeem ilə sıx əməkdaşlıq edəcək. O, ABU çərçivəsində həyata keçirilən səfərlər, aparılan araşdırmalar və ABU-nun aktual problemləri ilə bağlı mütəmadi olaraq fikir mübadiləsi aparacaq”.

ABU-nun Baş Assambleyası və İdarə Heyətinin Yığıncaqlarına rəhbərlik edəcək M.Z.Sobacı, Şri Sri Lanka Yayın Kurumu MTV Channel ev sahibliyi ilə Şri Lankanın paytaxtı Kolomboda keçiriləcək 117-ci ABU Aralıq İdarə Heyəti Toplantısında ilk dəfə ABU rəhbəri olaraq iştirak edəcək.


SON XƏBƏRLƏR

26 Iyul 2024