Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən şəxs qismində istintaqa çağırılan blogerlər Tural Sadıqlı, Orduxan Teymurxan (Bəbirov) və Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev barəsində təqdimatlara baxılıb.
Bakıvaxtı.az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, Baş Prokurorluğun təqidmatına Binəqədi rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqdimatları təmin edib və onlar barəsində qiyabi həbs qərarı verilib.