"Türkiyə və Azərbaycan arasında dostluq münasibətləri hər zaman olduğu kimi indi də inkişaf edir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı deyib.
Onun sözlərinə görə, hər iki ölkə dostluq münasibətlərini bu günə qədər güclü şəkildə davam etdirib və bundan sonra da davam etdirəcək.
"Bölgədə baş verən hadisələrlə əlaqəli mütəmadi şəkildə danışıqlar aparılır", - deyə səfir əlzvə edib.
Nuranə Daxilqızı
















