• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Türkiyə Baş Qərargahının ikinci rəisi "ASAN xidmət"də olub

SİYASƏT

07 Iyun 2021 | 11:49

Türkiyə Baş Qərargahının ikinci rəisi "ASAN xidmət"də olub

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının ikinci rəisi, general –polkovnik, eyni zamanda Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən fondların idarə heyətlərinin sədri Səlcuk Bayrakdaroğlu “ASAN xidmət” mərkəzinin, eləcə də "YAŞAT" Fondunun fəaliyyəti ilə tanış olub.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, qurum sədri Ülvi Mehdiyev “ASAN xidmət”in yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, bu günədək 44 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. “ASAN xidmət”in 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi qonaqların diqqətinə çatdırılıb.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “YAŞAT” Fondunun yaradılması, məqsədləri və görülən işlər barədə qonağı məlumatlandırıb. Vurğulanıb ki, Fondun fəaliyyətində şəhid ailələrinə və qazilərimizə yüksək formada xidmət göstərmək, onların cəmiyyətimizdə qazandıqları nüfuzu ən yuxarı təbəqədə qorumaq əsas hədəflərdir.

Bundan əlavə “YAŞAT” Fondu ilə Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən Fondlar arasında davam edən uğurlu əməkdaşlıqdan bəhs olunub.

Səlcuk Bayrakdaroğlu "ASAN xidmət" və "YAŞAT" Fondunun fəaliyyətini yüksək qiymətləndirib və müvafiq istiqamətlər üzrə həyata keçirilən əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Sonda xatirə hədiyyələri təqdim olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026