• Bakı 28° C

    2.6 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Türkiyə bu ölkədəki vəziyyətlə bağlı bəyanat yaydı

DÜNYA

25 May 2024 | 21:05

Türkiyə bu ölkədəki vəziyyətlə bağlı bəyanat yaydı

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) son vaxtlar Myanmada artan münaqişələrlə bağlı bəyanat yayıb.

Bakıvaxtı.az xəbər verir ki, Myanmada son aylarda şiddətlənən münaqişələr və mülki əhali arasında artan itkiləri böyük narahatlıq hissi ilə izlədiklərini bildirən XİN bölgəyə humanitar yardımların çatdırılması üçün çağırış edib.

“Son günlərdə başda Rohinqa müsəlmanları olmaqla, Arakan əyalətindəki mülki əhaliyə qarşı edilən hücumlar və on minlərlə insanın yerindən didərgin edilməsinə yol açan hüquq pozuntuları ilə bağlı xəbərlər bizi dərindən kədərləndirir”, - bəyanatda bildirilib.

Nazirlik münaqişə tərəflərini beynəlxalq hüquq və humanitar normalara əməl edərək, mülki əhali və infrastrukturu qorumağa, etnik və ya dini münaqişələri artıracaq hərəkətlərdən çəkinməyə çağırıb.


SON XƏBƏRLƏR

16 Iyun 2024