• Bakı 13° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türkiyə Ermənistanla sərhəddə ƏMƏLİYYAT KEÇİRİR

DÜNYA

03 Dekabr 2021 | 11:52

Türkiyə Ermənistanla sərhəddə ƏMƏLİYYAT KEÇİRİR

Türkiyənin Daxili İşlər Nazirliyi Ağrı, Ərzurum və Qarsda “Eren Kış-10” adı altında antiterror əməliyyatı keçirir.

Bakıvaxtı.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Açıqlamaya əsasən, PKK terror qruplaşmasını ölkənin gündəliyindən çıxarmaq və bölgədə yerləşdiyi ehtimal edilən terrorçuların zərərsizləşdirilməsi məqsədilə Ağrı, Ərzurum və Qarsdakı əməliyyat keçirilir.

Bildirilib ki, Ərzurum Jandarm bölgə Komandanlığının cəlb edildiyi əməliyyatda yerli Jandarm Komandosu, Jandarm Xüsusi Təyinatlı Dəstəsi, təhlükəsizlik qoruyucularından ibarət 790 şəxsi heyətlə 70 komanda iştirak edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026