• Bakı 18° C

    1.35 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Dünyanın gözü Türkiyədə: 2023-cü ilin ən mühüm seçkisi TƏHLİL OLUNUR

DÜNYA

17 Aprel 2023 | 10:41

Dünyanın gözü Türkiyədə: 2023-cü ilin ən mühüm seçkisi TƏHLİL OLUNUR

Türkiyədə seçkilər üçün geri sayım başlayıb. Dünyanın gözü Türkiyəyə çevirib.

Bakıvaxtı.az xəbər verir ki, ABŞ-ın nüfuzlu qəzetlərindən olan “New York Times” Türkiyədəki seçkilərlə bağlı diqqətçəkən təhlil yayımlayıb.

“2023-cü ilin ən mühüm seçkisi”ni dəyərləndirən nəşr seçkinin dünya səhnəsində mühüm nəticələri olacağını yazıb.

Təhlildə qeyd olunub ki, mayın 14-də keçiriləcək prezident və parlament seçkiləri dünyanın 20 ən böyük iqtisadiyyatından biri və ABŞ-ın NATO müttəfiqi olan Türkiyəni böyük ölçüdə yenidən formalaşdıra bilər.

NYT hesabatında Kamal Kılıçdaroğlunun 2010-cu ildən bəri ən böyük müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri olduğunu və Rəcəb Tayyib Ərdoğan və hakim Ədalət və İnkişaf Partiyasına müntəzəm olaraq məğlub olduğu vurğulanıb.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026