• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Türkiyə təyyarəsinin kabin heyətinə hücum edildi

DÜNYA

30 Mart 2023 | 21:27

Türkiyə təyyarəsinin kabin heyətinə hücum edildi

İstanbul-Sinqapur reysini həyata keçirən Türk Hava Yollarına (THY) məxsus “Boinq” sərnişin təyyarəsinin kabin heyətinə hücum edilib.

Bakıvaxtı.az Türkiyə mediasına istinadən xəbər verir ki, təyyarə Hindistanın Çennai hava limanına məcburi eniş edib.

Belə ki, təyyarə Hindistan hava məkanına çatdığı zaman sərxoş olduğu aşkarlanan sərnişinlərdən biri kabin heyəti ilə mübahisə etməyə başlayıb.

O, heyətə hücum edib, sonra isə özünə xəsarət yetirməyə başlayıb. Təyyarənin kapitan pilotu Çennai hava limanı ilə əlaqə saxlayıb və vəziyyətlə bağlı məlumat verib. Polis qruplarından dəstək istəyib.

Nəticədə təyyarə Hindistanın Çennai hava limanına məcburi eniş edib. Təyyarədə insident törədən sərxoş sərnişin isə nəzarətə götürülüb.


SON XƏBƏRLƏR

26 Iyul 2024