Türkiyənin Çanaqqala rayonunda meşə yanğınlarının miqyası genişlənir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.
Məlumata görə, artıq təxliyə olunan yaşayış məntəqələrinin sayı 10-a çatıb. Eyni zamanda 18 Mart Universiteti və 1 RLS də təxliyə olunub.
Yanğınsöndürən heyətin sayı 1100 nəfərə çatdırılıb.
















