• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türkiyədə bir gündə 278 nəfər koronavirusdan öldü

DÜNYA

04 Sentyabr 2021 | 22:12 | Müəllif: Subhan Mahmudov

Türkiyədə bir gündə 278 nəfər koronavirusdan öldü

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 278 nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 283 385 nəfər test edilib, onların 20 033-nün koronavirus testi pozitiv nəticə verib, 19 464 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil olmaqla 96 761 208 peyvənd tətbiq edilib ki, bunun 79,55 faizi birinci mərhələ vaksinasiya olunanlardır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026