• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türkiyədə "Texnofest" başlayır - FOTO

DÜNYA

30 Avqust 2022 | 10:14

Türkiyədə "Texnofest" başlayır - FOTO

Türkiyənin Samsun şəhərində Aviasiya, Kosmik və Texnologiya festivalı - "Texnofest" işinə başlayır.

Bakıvaxtı.az xəbər verir ki, festivalın açılışı Türkiyədə hər il avqustun 30-da qeyd olunan "Zəfər günü"nə həsr olunub. Sentyabrın 4-dək davam edəcək festivalda Azərbaycan da daxil olmaqla 100-dən çox ölkəni 150 mindən artıq komanda təmsil edəcək.

Builki "Texnofest"də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, elm adamları, nazirlər, TEKNOFEST İdarə Heyətinin sədri Selçuk Bayraktar, T3 Vəqfinin İdarə Heyətinin sədri Haluk Bayraktar və çox sayda qonaqların iştirakı gözlənilir.

Festival çərçivəsində təşkil olunan sərgilərdə, tədbirlərdə, həmçinin "Take Off" Beynəlxalq Startap Sammitinə iştirak pulsuzdur və hər kəs üçün açıqdır.


Türkiyədə "Texnofest" başlayır - FOTOTürkiyədə "Texnofest" başlayır - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026