“BioNTech” şirkətinin baş direktoru Uğur Şahin koronavirusun dördüncü dalğası ilə bağlı xəbərdarlıq edib.
Bakıvaxtı.az xəbər verir ki, türkiyəli alim ABŞ nəşrinə müsahibəsində dünya ictimaiyyətinin daha tədbirli davranmalı olduğunu bildirib.
“Delta” variantına qarşı diqqətli olmalıyıq. İngiltərədə əhalinin 50 faizinin vaksinlərin ikinci dozasını qəbul etmələrinə baxmayaraq, “Delta” hələ də yayılmaqdadır”, - deyə U.Şahin bildirib.
Həkim koronavirusa qarşı antitelin səviyyəsi düşdüyündən 6 aydan sonra təkrar vaksinasiyaya ehtiyac olduğunu vurğulayıb.
















