• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türkiyəli millət vəkili qəza törətdi - 4 nəfər xəsarət aldı

DÜNYA

14 Yanvar 2024 | 10:14 | Müəllif: Subhan Mahmudov

Türkiyəli millət vəkili qəza törətdi - 4 nəfər xəsarət aldı

CHP Sinop millət vəkili Barış Karadeniz idarə etdiyi avtomobil eyni istiqamətdə hərəkət edən mikroavtobusla toqquşub. Qəzada CHP millət vəkili Karadeniz, avtomobildə olan köhnə CHP Antalya millət vəkili Çətin Osman Budak və mikroavtobusda olan 2 nəfər yüngül yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, qəza axşam saatlarında Sinop-Samsun avtomobil yolunun Dəmirci kəndi ərazisində baş verib. CHP Sinop millət vəkili Barış Karadenizin idarə etdiyi avtomobil eyni istiqamətdə hərəkətdə olan SA-nın idarə etdiyi mikroavtobusun arxasına çırpılıb.

Qəzada Barış Karadeniz, köhnə CHP Antalya millət vəkili Çətin Osman Budak, mikroavtobus sürücüsü SA və yanındakı bir nəfər yüngül yaralanıb. Xəsarət alanlar hadisə yerinə gələn sağlamlıq qrupları tərəfindən yaxınlıqdakı xəstəxanalara aparılıb.

Qəza ilə bağlı araşdırma davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR