• Bakı 18° C

    2.26 m/s

  • USD - 1.7

    EUR - 1.9942

    RUB - 2.0372

Türkiyənin iki bölgəsində meşə yanğını başlayıb

DÜNYA

08 Iyul 2024 | 17:52

Türkiyənin iki bölgəsində meşə yanğını başlayıb

Türkiyənin Muğla şəhərinin Kırkağaç rayonunda meşə yanır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.

Bildirilib ki, yanğının söndürülməsinə 4 təyyarə, 4 helikopter, 15 su tankeri, 7 su təchizatı çəni və 1 dozer cəlb olunub.

Yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə edilir.

Həmçinin Manisa şəhərində də meşə yanır. Oradakı yanğının söndürülməsi istiqamətində də işlər davam edir.

Yanğınların səbəbi hələ məlum deyil.


SON XƏBƏRLƏR