• Bakı 25° C

    6 m/s

  • USD - 1.7

    EUR - 1.8828

    RUB - 0.0188

Norveç şahzadəsinin oğlu tutulub

DÜNYA

07 Avqust 2024 | 17:51

Norveç şahzadəsinin oğlu tutulub

Norveç şahzadəsi Mette-Maritin böyük oğlu Marius Borq Hoibi polis tərəfindən saxlanılıb.

Bakıvaxtı.az “Dagbladet” nəşrinə istinadla xəbər verir ki, buna səbəb Oslodakı mənzillərin birində baş verən zorakılıq hadisəsidir. Marius Borq Hoibinin 20-30 yaşlarında bir qadına hücum etdiyi bildirilir. Həkimlər xəstəxanada müayinə olunan qadına beyin silkələnməsi diaqnozu qoyublar.

Prokurorluq 27 yaşlı Borq Hoibiyə yüngül bədən xəsarəti yetirmək ittihamı irəli sürüb. Kral ailəsi hələlik hadisə ilə bağlı heç bir açıqlama verməyib.

Qeyd edək ki, jurnalist ailəsində dünyaya gələn Mette-Marit 2001-ci ildə Norveç Şahzadəsi Haakon ilə evlənib. Marius Borq Hoibi anasının əvvəlki münasibətindən olan oğludur. Mette-Marit və oğlu toydan sonra kral ailəsinə üzv kimi qəbul ediliblər.

 


SON XƏBƏRLƏR

09 Sentyabr 2024