• Bakı 19° C

    0.61 m/s

  • USD - 1.7

    EUR - 1.8375

    RUB - 0.0189

Türkiyənin ilk astronavtı Azərbaycana gələcək

Gündəm

24 Aprel 2024 | 17:26

Türkiyənin ilk astronavtı Azərbaycana gələcək

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ankarada keçirilən Türk dövlətləri kosmik agentliklərinin üçüncü iclasından sonra Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib.

O deyib ki, Azərbaycanla Türkiyə arasında faydalı əməkdaşlıq sahələrindən biri də kosmos sahəsidir və iki qardaş ölkənin bu sahədəki təcrübələri qarşılıqlı olaraq öyrənilir: “Ötən il Bakıda keçirilən Astronavtika konqresində 2026-cı ildə təşkil ediləcək konfransın məkanı müəyyənləşdirilmişdi. Azərbaycan tərəfinin də dəstəyi ilə Türkiyənin Antalya şəhəri seçildi. Ölkəmiz bu sahədə ciddi təcrübəyə malikdir və türk qardaşlarımıza da tədbirlə bağlı lazım olan köməyi göstərəcəyik”.

Sədr deyib ki, peyk sahəsində Azərbaycan da Türkiyənin təcrübəsindən yararlanmaqdadır: “Məlumdur ki, bu yaxınlarda Türkiyə öz astronavtını orbitə göndərmişdi. Biz onun əldə etdiyi bilik və təcrübə, həmçinin Türkiyə dövlətinin Beynəlxalq Kosmik Stansiyasında həyata keçirdiyi elmi təcrübələrlə bağlı Azərbaycanın müvafiq ali məktəblərinə məlumatlar verməyi nəzərdə tutmuşuq. Bunun üçün də həmin astronavtın Azərbaycana səfərini təşkil edəcəyik".


SON XƏBƏRLƏR

25 May 2024