• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Turşudan niyə zəhərlənirik? - Diqqət olunmalı MƏQAMLAR

CƏMİYYƏT

25 Sentyabr 2024 | 13:54

Turşudan niyə zəhərlənirik? - Diqqət olunmalı MƏQAMLAR

Yay və payız fəsilləri adətən insanların qışa hazırlıq gördüyü ərəfələrdir. Azərbaycanın əksər ailəsi evdə qış üçün turşular, mürəbbələr hazırlayır. Ancaq bəzən bu qidalar zəhərlənməyə, hətta ölümə səbəb olur.

Bəs evdə bağlanan turğulardan zəhərlənməmək üçün nələrə diqqət etmək lazımdır?

Eyyub Hüseynov: Azərbaycan mətbəxində evdə turşu bağlama mədəniyyətsizliyi var

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, torpaq bütün sərvətlərin mənbəyi olduğu kimi, ən təhlükəli bakteriyaların da mənbəyidir və torpaqla təmasda olan istənilən meyvə, bitki təmizlənməsə, çox təhlükəli nəticələrə, hətta insan ölümünə gətirib çıxara bilər:

“Azərbaycan mətbəxinin evdə yemək hazırlama mədəniyyətində böyük bir mədəniyyətsizlik var ki, bu da evdə turşu bağlamaqdır. 20 ildən çoxdur ki, AİB insanları bu mədəniyyətsizlikdən çəkindirməyə çalışır. Lakin biz bunun miqdarını azalda bilsək də, kökünü kəsə bilməmişik”.

Onun sözlərinə görə, evdə hazırlanan turşular bazara çıxarılır və plastik qablarda onların satıldığını görürük:

“Üzüm yarpaqlarını plastik qaba qoyub üzərinə də kimyəvi aktiv maddə olan sirkə töküb qışa saxlayırlar. Bu yolverilməzdir və birmənalı şəkildə zəhərlənməyə gətirib çıxarır. Zəhələnmələrin statistikasını izləsək görərik ki, ən çox zəhərlənmə evdə hazırlanan qidalardan olur”.

Müsahibimiz insanların bundan imtina etməyə çağırır. O, sənaye üsulu ilə hazırlanmış turşulardan istifadəni məsləhər görür. Bunu isə sənaye üsulu ilə hazırlanmış turşuların çox ciddi nəzarət altında olmasıyla əlaqələndirir:

“İnsanlar diqqətli davranmalıdırlar. Əgər konservləşdirilmiş malların qapaqları qabarıbsa, onlardan imtina etmək lazımdır. Həmçinin konservləşdirilmiş qidalar müəyyən temperatur şəraitində saxlanılmalıdır. Konservləşdirilmiş malı açanda üzərində göbələklər görünürsə, onları yeməkdən imtina edilməlidir. Bu mədəniyyətsizlikdən insanlar tədricən uzaqlaşmalıdır”.

Ağa Salamov: Ərzağı seçəndə baxmaq lazımdır ki, çatlamış olmasın, mövsümü olsun

Mövzu ilə Bakıvaxtı.az-a açıqlama verən qida ekspertİ Ağa Salamov isə bildirib ki, ümumiyyətlə tərəvəzləri və ya meyvələri turşuya qoymaq üçün seçəndə baxmaq lazımdır ki, defomasiyaya uğramış, küflənmiş, əzik, çatlamış olmasın və mövsümü olsun.

A.Salamov nəzərə çatdırıb ki, tərəvəz ən azı 15 dəqiqə isti su ilə sterilizə olunmuş balonlara qoyulmalı, ağzı kip bağlanmalı, içinə çiy su getməməlidir.

Onun sözlərinə görə, ərzaqları turşuya qoymamışdan qabaq onları torpaqdan tamamilə arındırmaq lazımdır:

“Torpaqda botulizm bakteriyası yaşayır. Biz ona görə deyirik ki, çatlaq meyvə və tərəvəz alınmasın. Çünki həmin o çatdan içəri torpaqda yaşayan bakteriyalar keçir ki, bu da istehlakçıları zəhərləyir. Ona görə də bu məqamlara diqqət olunmalıdır”.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR