• Bakı 10° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ucarda 5 nəfərin öldüyü dəhşətli qəza ilə bağlı cinayət işi başlandı

HADİSƏ

09 Iyul 2021 | 10:16

Ucarda 5 nəfərin öldüyü dəhşətli qəza ilə bağlı cinayət işi başlandı

Ucar rayonu ərazisində beş nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü ( yol-istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə ekspertizalar keçirilir.

Qeyd edək ki, iyulun 9-da Bakı-Qazax yolunun Ucar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Zaqatala rayon sakini, 1970-ci il təvəllüdlü Nazim Axundovun idarə etdiyi "Vito" markalı mikroavtobus Gədəbəy rayon sakini, 1984-ci il təvəllüdlü Sərxan Abdullayevin idarə etdiyi "Howo" markalı yük maşını ilə toqquşub.

Hadisə nəticəsində sürücü N.Axundov və dörd sərnişini dünyasını dəyişib, üç nəfər isə xəsarət alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026