• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Uçuşun gecikəcəyini deyən pilot döyüldü

DÜNYA

15 Yanvar 2024 | 15:48

Uçuşun gecikəcəyini deyən pilot döyüldü

Hindistanda sərnişin pilota hücum edib.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, buna pilotun IndiGo hava şirkətinin daxili reysinin sıx duman səbəbindən gecikəcəyini açıqlaması səbəb olub.

 Dehli-Qoa reysi ilə uçan sərnişinin pilota hücum etməsinin görüntülər sosial mediada paylaşılıb.

Görüntülərə görə, pilot qatı duman səbəbindən uçuşun təxirə salınacağını bildirib. Bu vaxt sərnişinin sürətlə pilota yaxınlaşaraq onun üzünə yumruq vurub.

Uçuş 13 saat gecikib.

Pilota hücum edən şəxs nəzarətə götürülüb.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Günəş Mərd

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026