• Bakı 7° C

    8.18 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

UEFA-dan "Qarabağ"la bağlı növbəti PAYLAŞIM - VİDEO

İDMAN

15 Dekabr 2021 | 09:20

UEFA-dan "Qarabağ"la bağlı növbəti PAYLAŞIM - VİDEO

UEFA Konfrans Liqasının rəsmi tviter hesabı növbəti dəfə "Qarabağ"la bağlı paylaşım edib.

Bakıvaxtı.az-ın məlumatına görə, postda Azərbaycan təmsilçisinin qrup mərhələsində vurduğu qollar və qapıçı Şahruddin Məhəmmədəliyevin qurtarışı yer alıb.

Paylaşımda "Qarabağ" H qrupunda irəliləyir. Onların ən yaxşı oyunçusu kimdir?" sualı da ünvanlanıb.

Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasının pley-off mərhələsində Fransanın "Marsel" klubu ilə üz-üzə gələcək. "Köhlən atlar" ilk görüşünü fevralın 17-də səfərdə, cavab qarşılaşmasını isə fevralın 24-də Bakıda keçirəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026