• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Ukrayna “ikinci Əfqanıstan” olmayacaq - Zelenski

DÜNYA

22 Aprel 2024 | 11:28

Ukrayna “ikinci Əfqanıstan” olmayacaq - Zelenski

ABŞ Kiyevə yeni yardım paketi ayırdığına görə “ikinci Əfqanıstan"ı görməyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski NBC-yə müsahibəsində bildirib.  

Onun sözlərinə görə, bu, Ukraynanı gücləndirəcək mühüm yardımdır:

“Bu, həm də Kremlə mühüm siqnaldır ki, “ikinci Əfqanıstan” olmayacaq və ABŞ Ukraynanın yanında qalacaq, dünyada demokratiya və azadlığı müdafiə edəcək”.

O, həmçinin vurğulayıb ki, Birləşmiş Ştatlar yardımı xırda işlərə sərf etməməlidir:

“Göndərilən yardım paketinə Ukrayna Silahlı Qüvvələrində çatışmayan nadir silah növləri daxil edilməlidir”.

Qeyd edək ki, aprelin 20-də ABŞ Konqresinin aşağı palatası Ukraynaya yeni hərbi yardım paketinin verilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib . Söhbət Kiyevi dəstəkləmək üçün az qala 61 milyard dolların ayrılmasından gedir. Aprelin 23-də ABŞ Senatının sənədi təsdiqləyəcəyi gözlənilir.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026