• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ukrayna Krasnodarda limanı raketlə VURDU

DÜNYA

22 Avqust 2024 | 20:37 | Müəllif: Subhan Mahmudov

Ukrayna Krasnodarda limanı raketlə VURDU

Ukrayna Krasnodar diyarının Temryuk rayonundakı “Qafqaz” limanına hücum edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli teleqram kanalları məlumat yayıb.

Ukrayna raketinin "Conroe Trader" dəmiryol bərəsinə düşdüyü bildirilib. Onun göyərtəsində neft sisternlərinin olduğu da məlumatlar arasındadır.

Hücumun Odessa vilayəti ərazisindən törədildiyi bildirilirb.

Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir.

İnsidentlə əlaqədar Krım körpüsündə nəqliyyatın hərəkəti müvəqqəti olaraq bağlanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026