• Bakı 12° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ukrayna NATO-ya üzvlüyə heç vaxt olmadığı qədər yaxındır

DÜNYA

01 Oktyabr 2024 | 12:55

Ukrayna NATO-ya üzvlüyə heç vaxt olmadığı qədər yaxındır

“2014-cü ildən fərqli olaraq, hazırda alyansın Ukraynaya dəstəyi daha geniş xarakter daşıyır. Ukrayna hazırda NATO-ya üzvlüyə heç vaxt olmadığı qədər yaxındır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu NATO-nun keçmiş Baş katibi Yens Stoltenberq fəaliyyətinin yekunlarına dair çıxışında bildirib.

O deyib ki, NATO-nun Ukraynaya göstərdiyi dəstək Almaniyadakı komandanlıq vasitəsilə əlaqələndirilir. Stoltenberq həmçinin Şimali Atlantika Alyansına rəhbərlik etdiyi müddətdə üzv və tərəfdaş ölkələrin sayında artım olduğunu vurğulayıb:

“Onların arasında Monteneqro, Şimali Makedoniya, Finlandiya və İsveçin adını çəkə bilərəm. Bu ölkələr təşkilatımızın tamhüquqlu üzvləridir. Ukraynaya dəstəyimiz davam etdirilir. 2014-cü ildən fərqli olaraq, bu gün Ukraynaya verdiyimiz dəstək daha geniş xarakter daşıyır. Hazırda Ukrayna alyansa heç vaxt olmadığı qədər yaxındır. NATO-nun Ukraynaya dəstəyi Almaniyadakı komandanlıqdan koordinasiya edilir”.

Sabiq Baş katib qeyd edib ki, Alyansla Avropa İttifaqı arasındakı münasibətlər bu dövrdə yeni mərhələyə qədəm qoyub: “Bu müddətdə NATO kimi bir təşkilata rəhbərlik etmək, eləcə də üzv və tərəfdaş ölkələrlə birgə işləmək mənim üçün şərəf idi. Mən bütün dövlətlərin hərbi-siyasi rəhbərliyinə, eləcə də onların alyansdakı nümayəndələrinə təşəkkür edirəm”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR