• Bakı 19° C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Ukrayna-Rusiya danışıqları bu gün davam edəcək

DÜNYA

16 Mart 2022 | 09:17 | Müəllif: Qalib İbrahimoğlu

Ukrayna-Rusiya danışıqları bu gün davam edəcək

Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar bu gün davam edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Mixaylo Podolyak "Twitter" səhifəsində yazıb.

Danışıqlarda ziddiyyətli məsələlər olduğunu deyən Podolyakın sözlərinə görə, lakin kompromis üçün yer var.

"Davam edəcəyik. Çox çətin danışıqlar prosesi gedir. Əsaslı ziddiyyətlər mövcuddur", - deyə M.Podolyak qeyd edib.

Onun deditinə görə, fasilə zamanı yarımqruplar üzrə işlər davam etdiriləcək.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR