3 mart səhər saatlarına qədər olan məlumata əsasən, Rusiya Ukraynada 9 min nəfərədək şəxsi heyətini, 217 tankını, 900 zirehli texnikasını, 30 təyyarəsini, həmçinin digər texnikalarını itirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin TŞ-nin iclasında Ukraynada hərbi əməliyyatın qaydasında getdiyini bildirmişdi.
















