• Bakı 28° C

    4.04 m/s

  • USD - 1.7

    EUR - 1.8479

    RUB - 0.0194

Ukraynada ölən rus generalları - SİYAHI

DÜNYA

30 Noyabr 2023 | 00:53

Ukraynada ölən rus generalları - SİYAHI

Rusiya ilə Ukrayna arasında hələ də davam edən müharibədə həlak olan yüksək rütbəli rus zabitlərin siyahısı açıqlansa da, mənbələr bu siyahının tam olmadığını qeyd edirlər. 

Bakıvaxtı.az Ukrayna cəbhəsində həlak olan Rusiya ordusunun yüksək rütbəli zabitlərinin bir qisminin siyahısını təqdim edib.

1. 150-ci Motoatıcı Diviziyanın komandiri general-mayor Oleq Mityayev - 2022-ci ilin 15 martında həlak olub.

2. Xüsusi təyinatlı qoşunların komandiri general-mayor Maqomed Tuşayev - 26 fevral 2022-ci ildə həlak olub.

3. 41-ci Ordunun Baş Qərargah rəisi general-mayor Vitali Gerasimov - 2022-ci ilin 7 martında həlak olub.

4. Şərq Hərbi Dairəsinin 29-cu Birləşmiş Silahlı Qüvvələrinin komandanı general-mayor Andrey Kolesnikov - 11 mart 2022-ci ildə həlak olub.

5. 41-ci Ordu komandanının müvini general-mayor Andrey Suxovetski - 2022-ci ilin 3 martında həlak olub.

6. 8-ci Ordunun komandir müavini general-mayor Vladimir Frolov - 2022-ci ildə həlak olub.

7. General-mayor Vladimir Zavadski - 2023-cü ilin 28 noyabrında minaya düşərək həlak olub./axar.az


SON XƏBƏRLƏR

13 Iyul 2024