• Bakı C

    14.31 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

UNEC-in nəzdində olan kollecdə nə baş verib? - RƏSMİAÇIQLAMA

CƏMİYYƏT

19 Mart 2025 | 15:26

UNEC-in nəzdində olan kollecdə nə baş verib? - RƏSMİ AÇIQLAMA

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə baş verən hadisə ilə bağlı açıqlama yayıb.

Bakıvaxtı.az xəbər verir ki, məlumatda qeyd edilib:

"18 mart 2025-ci il tarixində UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə baş vermiş hadisə ilə bağlı bəzi KİV-lərdə yayılan məlumatlara aydınlıq gətirərək bildiririk ki, məsələ hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır".

Qeyd edilib ki,  Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi təhsil müəssisələrində sağlam və təhlükəsiz iş mühitinin qorunmasına xüsusi önəm verir və etik prinsiplərin təmin olunması üçün zəruri addımlar atılacaqdır.

Məlumatda hadisənin nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi vurğulanıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR