• Bakı 15° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Uşağınızda yüksək hərarət, halsızlıq, şiddətli öskürək varsa…

CƏMİYYƏT

24 Dekabr 2021 | 15:30 | Müəllif: Qalib İbrahimoğlu

Uşağınızda yüksək hərarət, halsızlıq, şiddətli öskürək varsa…

Son günlər hər 10 uşaqdan 7-də virus xəstəliklərinin olduğunu çüşahidə edirik. Bu virus uşaqlarda yüksək hərarət, şiddətli öskürək, ishar şəklində özünü göstərir.

Havaların bir qədər də soyuması ilə daha da əiddətlənən bu xəsrtəliklə necə mübarizə aparmaq olar? Valideynlər nəyə diqqət yetirməlidirlər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan həkim-pediatr Günay Rəsulova bildirib ki, bu mövsümdə uşaqlar arasında üst tənəffüs yolu xəstəlikləri adinoviruslar, rinoviruslar və s. daha çox yayılıb. Dediyinə görə, uşaqlar bu xəstəlikləri çox dirəncli qızdırma ilə, 3-5 günlə davam edən yüksək hərarət, halsızlıq, boğaz ağrısı və şiddətli öskürəklə keçirirlər.

G.Rəsulova bildirib ki, bəzən aparılan müalicələrə baxmayaraq, qızdırma günlərlə düşməyə bilir: “Belə olan halda mütləq COVID-19 testi verdirilməlidir. Vaxtını qapalı yerlərdə keçirən, ictimai mühitlərə çıxan uşaqlarda bu virus özünü daha çox göstərir”.

Xəstəliyin müalicə yollarından da danışan həkim-pediatr valideynlərə bu infeksiyalar zamanı birinci simptomatik müalicəyə üstünlük vermələrini tövsiyə edir: “Uşaqlara mütləq çoxlu maye versinlər, burun-boğaz spreyləri istifadə etsinlər, tıxalıdırsa, mütləq burunu açıq saxlasınlar. Viruslarda ən vacibi çoxlu maye içilməsidir. Zorla da olsa, valideyn mütləq uşağa çoxlu maye içirtməyə çalışmalıdır”.

Onun sözlərinə görə, əgər boğucu öskürək varsa, uşağın ümumi halı pisdirsə, mütləq həkimə aparılmalıdır. “Bu infeksiyalar zamanı uşaqlar həkim tərəfindən yaxından təqib edilməlidir”, - deyə Günay Rəsulova bildirib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026