• Bakı 23° C

    4.67 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Uşakov: Əliyev, Putin və Paşinyanın üçtərəfli görüşü hələ planlaşdırılmır

DÜNYA

08 Oktyabr 2024 | 14:00

Uşakov: Əliyev, Putin və Paşinyanın üçtərəfli görüşü hələ planlaşdırılmır

Azərbaycan, Rusiya və Ermənistan liderləri İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün hələlik üçtərəfli görüş keçirməyi planlaşdırmırlar.

Bakıvaxtı.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.

“Xeyr, biz üçtərəfli görüşlə bağlı razılığa gəlməmişik. Lakin belə bir fikir var idi”, – o, jurnalistlərə bildirib.

Y.Uşakovun sözlərinə görə, Rusiya bu cür formata etiraz etməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR