• Bakı 26° C

    4.83 m/s

  • USD - 1.7

    EUR - 1.9379

    RUB - 2.1492

Uşaqlarımız azalır

CƏMİYYƏT

10 Iyun 2025 | 14:44

Uşaqlarımız azalır

Əhalimizin sayının artması ilə bərabər onun "qocalması" baş verir. Bu tendensiya dünyada müşahidə edilir və hökumətlərin başağrısına çevrilməkdədir.

Bakıvaxtı.az-ın məlumatına görə, iqtisadçı ekspert Samir Əliyev bildirib ki, artıq Azərbaycan da neçə illərdir analoji problemlə üzləşib. Onun sözlərinə görə. əhalinin yaş qrupuna baxsaq görərik ki, gənclərin, xüsusən də uşaqların payı əhəmiyyətli dərəcədə azalır və bu, artıq tendensiya halını alıb:

"Təsəvvür edin 1990-cı ildə 0-17 yaşlı uşaqlar ölkə əhalisinin 38,5%-ni təşkil edirdisə, 2023-cü ildə bu göstərici 25,9%-ə düşüb. Yəni əvvəl hər 3 nəfərdən biri uşaq idisə, indi hər 4 nəfərdən biridir".

Eksper qeyd edib ki, məsələ burasındadır ki, azalma təkcə xüsusi çəkidə baş vermir, həm də sayda müşahidə edilir. 1990-cı ildə bu yaş qrupu üzrə uşaqların sayı 2 milyon 781,3 min nəfər olduğu halda 2023-cü ilə qədər olan dövrdə 5.3% azalaraq 2 milyon 633 min nəfərə düşüb. Azalma daha çox qız uşaqları hesabına baş verib. Oğlan uşaqları 1,8%, qız uşaqları isə 9% azalıb:

"Bunun səbəbi ümumi nəsilvermə (fertillik) əmsalının aşağı düşməsidir. 1990-cı ildə bu əmsal 2,8 olduğu halda hazırda 1,6-ya düşüb. Halbuki ötən əsrin 60-cı illərində bu göstərici 5,2-5,5 civarında dəyib".

S.Əliyev onu da deyib ki, ümumi nəsilvermə (fertillik) əmsalı reproduktiv dövr ərzində 15-49 yaşda bir qadının orta hesabla neçə uşaq doğa bildiyini göstərir.

Murad Məmmədli


SON XƏBƏRLƏR

10 Iyun 2025