• Bakı 27° C

    4.25 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

ÜST: "Meymunçiçəyinin qarşısını almaq olar"

DÜNYA

27 Avqust 2024 | 15:06 | Müəllif: Gülşən Şərif

ÜST: "Meymunçiçəyinin qarşısını almaq olar"

"Konqoda və qonşu ölkələrdə meymunçiçəyinin yayılması nəzarət altına alına və dayandırıla bilər".

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

O, açıqlamasında meymunçiçəyi ilə mübarizə üçün başladılan qlobal strateji hazırlıqdan bəhs edib:

"Plan çərçivəsində ÜST kimi qurumların, üzv ölkələrin, Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri kimi tərəfdaşların cavab tədbirləri üçün 135 milyon dollar maliyyə ehtiyacının olacağı təxmin edilir. İcmalar və tədqiqatçılar 2024-cü ilin sentyabr-2025-ci ilin fevral aylarını əhatə edən 6 aylıq dövrdə virusa qarşı mübarizə aparacaqlar". 

Qeyd edək ki, Qebreyesusun virusa qarşı verdiyi müvəqqəti və daimi tövsiyələr əsasında qurulan plan hərtərəfli müşahidə, profilaktika, hazırlıq və cavab strategiyalarının həyata keçirilməsinə, habelə virusla bağlı araşdırmaların təkmilləşdirilməsinə əsaslanır.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026