• Bakı 12° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Vaksini olmayan valideynlərin övladlarını məktəbə buraxmasaq... - EKSPERT

CƏMİYYƏT

08 Sentyabr 2021 | 14:21

Vaksini olmayan valideynlərin övladlarını məktəbə buraxmasaq... - EKSPERT

Dünən Təhsil Nazirliyi tərəfindən keçirilən brifinqdə brifinqdə bildirilib ki, əgər valideyn məktəbin içərisinə daxil olmursa vaksin pasportunun olması vacib deyil. Bəs bu uşaqların və müəllimlərin təhlükəsizliyi baxımından nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı təhsil eksperti Elvin Bədirov Bakıvaxtı.az-a danışıb:

Düşünürəm ki, nazirin açıqlaması yerində və düzgündür. Nəzərə alaq ki, vaksinlənmə prosesi periodik olaraq davam edəcək, yəni hər 6-8 aydan vaksin dozası qəbul ediləcək. Əgər biz vaksini olmayan valideynlərin övladlarını məktəbdən uzaq saxlasaq növbəti vaksin müddətinin vaxtı ötdükdən sonra, deyək ki, valideynlər növbəti dozanı qəbul etməsə, bu məntiqlə gərək şagirdləri tədrisdən uzaq saxlayaq. Vicdan olaraq bu yol verilməzdir, üstəgəl hər kəsin təhsil hüququnun olması konstitusiya ilə təsbit olunub və bu amil qanuna ziddir. Nə qədər çətin vəziyyət olsa da biz təhsil şərtlərini sağlamlıq nəzərə alınmaqla maksimum asanlaşdırmalıyıq.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026