• Bakı C

    4.86 m/s

  • USD - 1.7

    EUR - 1.7825

    RUB - 1.5962

“Valideynlərimin vəziyyəti ağırdır” - Vüqar Həşimovun bacısı

HADİSƏ

03 Dekabr 2024 | 14:35

“Valideynlərimin vəziyyəti ağırdır” - Vüqar Həşimovun bacısı

“Hazırda həm atamın, həm də anamın vəziyyəti ağırdır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında mərhum şahmatçı Vüqar Həşimovun bacısı Samirə Allahverdiyeva partlayışda xəsarət alan valideynlərindən danışarkən bildirib.

Onun sözlərinə görə, hazırda valideynlərini xəstəxanaya yerləşdirməklə məşğuldurlar: “Hər ikisinin vəziyyəti ağırdır. Amma hansı dərəcəli xəsarətlər aldığı barədə tam məlumatım yoxdur”.

Qeyd edək ki, bu gün səhər saatlarında baş verən partlayışda mərhum şahmatçı Vüqar Həşimovun atası Qasım Həşimov və anası Aida Həşimova xəsarət alıb.


SON XƏBƏRLƏR

03 Dekabr 2024