• Bakı 9° C

    1.93 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Valideynlərin diqqətinə: Bakıda ilk dəfə nağıl günləri keçriləcək

CƏMİYYƏT

20 Iyun 2023 | 12:12

Valideynlərin diqqətinə: Bakıda ilk dəfə nağıl günləri keçriləcək

Bakıda ilk dəfə, çox maraqlı fərqli formatda “Göydən üç alma düşdü” adlı nağıl günləri keçriləcək.

Bakıvaxtı.az xəbər verir ki, geniş uşaq auditoriyasını əhatə edəcək nağıl günlərində musiqi müşayiəti və məşhur uşaq yazarlarının, eləcə də,  Türkiyədən dəvət olunmuş hekayəçilərin iştirakı ilə uşaqlar nağıl dünyasına,sehirli aləmə səyahət edəcəklər.

Tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 21 iyun tarixlərində, saat 18:30-da Bakı şəhəri Xətai rayonu Heydər Əliyev parkında (Ukrayna dairəsi yaxınlığında) baş tutacaq

Tədbirin əsas məqsədi uşaqların hər iki ölkənin mədəniyyəti, adət və ənənəsi, folkloru, nağılları ilə yaxından tanış olması, onlar arasında mütaliə vərdişlərinin formalaşması, asudə vaxtının səmərəli təşkili və oxu mədəniyyətinin kütləvi şəkildə təbliğidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026