• Bakı 12° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

“Vaqner” hədələdi: Biz başlayırıq, gözləyin!

DÜNYA

24 Avqust 2023 | 08:51 | Müəllif: Subhan Mahmudov

“Vaqner” hədələdi: Biz başlayırıq, gözləyin!

"Vaqner" rəhbəri Yevgeni Priqojinin Moskvadan Sankt-Peterburqa uçan şəxsi təyyarənin Tverdə qəzaya düşməsi (vurulması) nəticəsində ölməsi barədə xəbərlərdən sonra vaqnerçilər video-müraciət yayıblar.

Bakıvaxtı.az xəbər verir ki, sosial şəbəkədə yayılan müraciətdə üzü bağlı olan vaqnerçilər bildiriblər:

"Belə söhbətlər gedir ki, indiki situasiyada "Vaqner" nə ilə məşğul olacaq? Biz yalnız bir şey deyirik: Başlayırıq, bizi gözləyin!".

Qeyd edək ki, 23 avqust axşam saatlarında "Vaqner" rəhbəri Yevgeni Priqojinin olduğu şəxsi təyyarə Moskvadan Sankt-Peterburqa uçarkən Tver vilayətində qəzaya uğrayıb. Təyyarədə olan 7 sərnişin və 3 ekipaj üzvünün hamısının öldüyü bildirilir.

Təyyarənin zenit-raket kompleksi ilə vurulduğu ehtimalı yüksəkdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR