• Bakı 11° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Vaşinqtonda üçtərəfli görüş keçirilib - YENİLƏNİB

SİYASƏT

01 May 2023 | 21:24 | Müəllif: Subhan Mahmudov

Vaşinqtonda üçtərəfli görüş keçirilib - YENİLƏNİB

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, diplomatlar regionda təhlükəsizlik vəziyyətini, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı məsələləri müzakirə ediblər.

 

***18:56

Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, görüş Corc Şultz adına Xarici İşlər üzrə Milli Tədris Mərkəzində keçirilir.

Görüş çərçivəsində Azərbaycanla Ermənistan arasında “sülh sazişi” layihəsi üzrə danışıqların növbəti raundu keçirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026