• Bakı C

    14.83 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.7347

Vəkillliyə qəbulla bağlı sənəd qəbuluna başlanılır

CƏMİYYƏT

06 Fevral 2025 | 14:39

Vəkillliyə qəbulla bağlı sənəd qəbuluna başlanılır

Bu gündən vəkillliyə qəbulla bağlı ixtisas imtahanının test mərhələsində iştirak üçün elektron sənəd qəbuluna başlanılır.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Respublikasının Vəkillər Kollegiyasından (ARVK) məlumat verilib.

Bildirilib ki, ARVK üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının test mərhələsində iştirak üçün müraciətlər yeni qaydalara uyğun olaraq yalnız elektron formada həyata keçirilir.

Belə ki, müasir imkanlar nəzərə alınmaqla, namizədlərin sənəd qəbuluna çatımlılığının artırılması məqsədilə tətbiq olunan yeni qaydalara əsasən, elektron müraciət üçün Vəkillər Kollegiyasının rəsmi internet səhifəsindən “Vəkilliyə qəbul” bölməsinə daxil olmaqla açılan pəncərədən “Namizəd qeydiyyatı”na keçid edilməlidir.

ARVK ilə Dövlət İmtahan Mərkəzi arasında əldə olunan razılığa əsasən, test imtahanının tarixi ilə əlaqədar əlavə məlumat vəriləcək.


SON XƏBƏRLƏR

06 Fevral 2025