• Bakı 22° C

    6.49 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Vergi borcu olan şirkət tenderdə qalib gəlib

İQTİSADİYYAT

08 Iyul 2022 | 11:22 | Müəllif: Qalib İbrahimoğlu

Vergi borcu olan şirkət tenderdə qalib gəlib

Daha bir dövlət agentliyi tender qaydalarını pozub.

Bakıvaxtı.az-ın məlumatına görə, “APA-Economics” dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi operativ məlumatların idarəedilməsi sistemi üzrə proqram təminatının satın alınması üzrə tenderin qalibini açıqlayıb.

Qalib şirkət "Digital Umbrella" MMC ilə 60 min manatlıq müqavilə imzalanıb. Müqaviləyə əsasən MMC 2022-ci ilin sonuna kimi Aqrar Xidmətlər Agentliyinə 7 xidmət göstərəcək.

Qeyd edək ki, "Digital Umbrella" MMC-nin 19 360 manat cari vergi borcu yaranıb. “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələbləri isə vergi borcu olan şirkətlərin tenderdə iştirakını istisna edir.


Vergi borcu olan şirkət tenderdə qalib gəlib
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR