• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Vətən müharibəsi qazisi dəfn edildi - YENİLƏNİB

CƏMİYYƏT

20 Sentyabr 2022 | 10:05

Vətən müharibəsi qazisi dəfn edildi - YENİLƏNİB

Vətən müharibəsi qazisi, sentyabrın 18-də vəfat etmiş I qrup əlil Elnur Səmədov Bakıda dəfn olunub. 

Bakıvaxtı.az  xəbər verir ki, mərhum Dədə Qorqud qəbiristanlığında torpağa tapşırılıb.

Mərasim Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb, yaylım atəşi açılıb.

Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin nümayəndələri, qazinin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, E.Səmədov 2020-ci ildə Vətən müharibəsində iştirak edib və oktyabrın 25-də Qubadlı istiqamətində ayağından yaralanıb.

Doqquz aydır leykoz xəstəliyindən əziyyət çəkən E.Səmədov sentyabr ayının 18-də Türkiyənin İstanbul şəhərində müalicə alan zaman vəfat edib.

09:20

Bakıda Vətən müharibəsi qazisi, sentyabrın 18-də vəfat etmiş I qrup əlil Elnur Səmədovla vida mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, mərasim qazinin yaşadığı evdə baş tutub.

Mərasimdə qazinin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və Xətai Rayon İcra Hakimiyyətinin (RİH) nümayəndələri iştirak ediblər.

E.Səmədovun atası Qalib Səmədov "Report"a bildirib ki, oğlu 2020-ci ildə Vətən müharibəsində iştirak edib və oktyabrın 25-də Qubadlı istiqamətində ayağından yaralanıb:

"Altı ay idi ki hərbi xidmətə başlamışdı. Ayağından iki dəfə əməliyyat olunub. 2022-ci ilin fevral ayında ona leykoz xəstəliyi diaqnozu qoyuldu. Rusiyaya, Moskva şəhərinə apardıq, 18 gün orada qaldı".
Q.Səmədov onu da bildirib ki, E.Səmədov Qubadlıda aldığı xəsarətlərdən sonra doqquz ay idi, xəstəlikdən əziyyət çəkirdi:

"YAŞAT" Fondu tərəfindən Türkiyənin İstanbul şəhərinə müalicəyə göndərildi. Müalicə yaxşı gedirdi, son bir həftə səhhəti yenidən pisləşdi. Yenidən "YAŞAT" Fonduna müraciət etdik və yenə İstanbula müalicəyə göndərdilər. Ağır vəziyyətdə xəstəxanaya çatdırdıq, birbaşa reanimasiya yerləşdirdilər. Orada iki gün qaldıqdan sonra dünyasını dəyişdi".

Qeyd edək ki, E.Səmədov bu gün torpağa tapşırılacaq. /Report


Vətən müharibəsi qazisi dəfn edildi - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026