• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Vətən müharibəsi qazisi İNTİHAR ETDİ - FOTO

HADİSƏ

04 Aprel 2022 | 00:04 | Müəllif: Qalib İbrahimoğlu

Vətən müharibəsi qazisi İNTİHAR ETDİ - FOTO

Gədəbəydə intihar hadisəsi qeydə alınıb.

Bakıvaxtı.az-ın “qafqazinfo”ya istnadən məlumatına görə, hadisə rayonun Çanaqçı kəndində baş verib.

Belə ki, kənd sakini, 2000-ci il təvəllüdlü Babakişiyev İsmət Namiq oğlu özünü asaraq intihar edib. Hadisə gecə saatlarında, İsmətin ailə üzvlərinin yuxuya getməsindən sonra baş verib.

O, aprelin 3-də Çanaqçı kəndində torpağa tapşırılıb. İntiharın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Qeyd edək ki, İsmət Babakişiyev Vətən müharibəsində əsgər kimi iştirak edib. O, döyüşlərə Xüsusi Təyinatlı Qüvvələrin tərkibində qatılıb. İsmət Babakişiyev Prezidentin sərəncamları ilə Şuşanın, Füzulinin, Xocavəndin, Cəbrayılın azad olunmasına görə və "Şücaətə görə" medalları ilə təltif olunub. 

Onu da əlavə edək ki, Vətən müharibəsi qazisi subay idi. Aprelin 21-də 22 yaşı tamam olacaqdı.


Vətən müharibəsi qazisi İNTİHAR ETDİ - FOTOVətən müharibəsi qazisi İNTİHAR ETDİ - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026