• Bakı 24° C

    5.75 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Vüsal Hüseynov: “Viza müddəti bitən əcnəbilər leqal yaşaya bilirlər”

GÜNDƏM

28 Iyul 2021 | 14:34

Vüsal Hüseynov: “Viza müddəti bitən əcnəbilər leqal yaşaya bilirlər”

“Dövlət Miqrasiya Xidmətinin əsas prioritet məsələsi COVID-19 pandemiyası ilə bağlı tətbiq olunan qaydaların ölkədəki əcnəbilərin həyatına minimum təsir etməsini təmin etməkdir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov qurumun son 6 aylıq fəaliyyəti ilə bağlı keçirilən onlayn mətbuat konfransında bildirib.

Vüsal Hüseynov qeyd edib ki, Prezidentin Sərəncamı ilə yaradılan Operativ Qərargahda DMX da təmsil olunur: ”24 mart 2020-ci ildən, yəni sərhədlər bağlanandan indiyə qədər ölkəyə daxil olan hər əcnəbinin viza müddəti və ya ölkədə olma müddəti bitdikdən sonra leqal yaşaya bilirlər. 1 sentyabra qədər bu müddət davam edir. Həmin müddətdən sonra sərhədlərin bağlı qalması barədə qərar verilərsə, həmin şəxslər eyni qaydada yaşaya bilər. Amma sərhədlərin açılması barədə qərar olarsa, DMX tərəfindən müvafiq məlumatlar veriləcək ki, leqallaşma üçün hansı müddət var, yəni ya giriş-çıxış etməli, ya da ölkədə leqal qalmaları üçün addım atmalıdılar”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Oktyabr 2026