• Bakı 15° C

    1.16 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

"WhatsApp" cərimələndi

DÜNYA

11 Iyun 2025 | 13:16

"WhatsApp" cərimələndi

"WhatsApp" Rusiyada cərimələnib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidməti öz "Telegram" kanalında məlumat yayıb.

Məlumata görə, Moskvanın Taqanski Məhkəməsi “WhatsApp” messencerini spirtli içkilərin satışı ilə bağlı mesajların yayılmasına görə cərimələyib.

"WhatsApp MMC" Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 13.41-ci maddəsinin 2-ci hissəsinə əsasən inzibati xəta törətməkdə təqsirli bilinib və 3,5 milyon rubl məbləğində inzibati cəriməyə məhkum edilib", - məlumatda deyilir.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR