• Bakı 13° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Xaçmazda sənədsiz silah-sursat aşkarlandı

CƏMİYYƏT

23 Noyabr 2023 | 20:34

Xaçmazda sənədsiz silah-sursat aşkarlandı

Xaçmaz polisi sənədsiz silah-sursat aşkarlayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.

Qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən 3 ədəd müxtəlif markalı tüfəng təhvil götürülüb.

Bundan başqa, polis əməkdaşları xidmətdə olduqları zaman rayon ərazisində 1 ədəd “AK-74” markalı avtomat, eləcə də 6 ədəd patron darağı və 194 ədəd güllə aşkar ediblər.

Faktlar üzrə Xaçmaz RPŞ-də müvafiq araşdırmalar aparılır.


Xaçmazda sənədsiz silah-sursat aşkarlandı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR